"ABŞ kimi nəhəng bir dövlətin qanunverici orqanında erməni lobbisinin ayırdığı ianələrə görə öz dövlətinin maraqlarını deyil, cılız şəxsin maraqlarını güdən insanlar var". Bu fikirləri SİA-ya beynəlxalq əlaqələr üzrə ekspert Toğrul Məmmədli bu günlərdə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Azərbaycan siyasətçilərinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı qaldırdığı "Azərbaycan Demokratiya aktı" qanun layihəsini şərh edərkən deyib.
Gənc ekspertin sözlərinə görə bu gün ABŞ-da müəyyən təsirə malik olan erməni lobbisi ölkə Konqresində təmsil olunan bəzi şəxsləri də təsir altına salır, onlardan Azərbaycana qarşı olan məqsədlərinə nail olmaq üçün bir vasitə kimi istifadə edir: "Bu şəxslər nəzərə almır ki, Azərbaycanla ABŞ strateji müttəfiqlərdir. Azərbaycan uzun illərdir ki, ABŞ-ın terrorizmə qarşı apardığı mübarizədə onun yanındadır. ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır".
Bu günə qədər ABŞ dairələrinin dəfələrlə Azərbaycana qarşı ikili standartlar prizmasından yanaşdığını deyən Toğrul Məmmədli belə bir maraqlı məqama diqqəti çəkməyə çalışıb: "Belə ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı nəticəsində 1 milyondan çox qaçın və məcburi köçkünlərin insan hüquqları ABŞ tərəfini illərdir narahat etmir. Baxmayaraq ki, Azərbaycan hökuməti bu problemi dəfələrlə qaldırıb, qeyd edir, ancaq ABŞ Konqresi bu mövzuda Ermənistana qarşı bu və ya digər sanksiyanın tətbiq edilməsi barəsində heç bir müzakirə aparmır. Bəs niyə qaçın və məcburi köçkünlərin insan hüquqlarının təmin olunması üçün səslərini qaldırmırlar? Cavab isə çox sadədir. Sadəcə ABŞ siyasətçilərinin bir hissəsi qismən olsa belə erməni lobbisinin hesabına maliyyələşən siyasi platformaların yetirmələridirlər və indi heç də qəribə deyil ki, onlar erməni tərəfinin məqsədlərinə xidmət edirlər. Ən pisi də odur ki, onlar erməni lobbisinin bu məkrli siyasətinə qulluq edərkən insan hüquqları və demokratiya pərdəsi altında gizlənirlər".
"Bəzi qüvvələr İlk Avropa Oyunlarından bəri Azərbaycana təzyiq taktikasını davam etdirirlər: "İnsan hüquqlarının pozulması, məhkumların azad edilməsi ABŞ-ın əsas və ölməz bəhanələridir. Bu iddialarla ABŞ Azərbaycana dəfələrlə təzyiq etməyə çalışıb. Bu gün vətəndaş cəmiyyəti ilə intensiv dialoq nəticəsində Prezident yanında Əfv Komissiyası ölkə başçısına bir sıra məhkumların əfv olunması ilə bağlı müraciət edib. Bir qədər əvvəl isə humanizm prinsipi əsas götürülərək, səhhətində müəyyən problemlər olan bəzi məhkumların azad edilməsi ilə bağlı məhkəmələr humanist qərarlar qəbul edib. Belə olan halda ABŞ Konqresinin Helsinki Komissiyasının Azərbaycan hökumətinin bəzi nümayəndələrinə sanksiyaların tətbiq edilməsi barədə təşəbbüslə çıxış etməsi anlaşılan deyil. ABŞ Konqresinin Azərbaycana qarşı bu addımını bir növ siyasi şantaj da adlandırmaq olar. Mən Edvard Snoudenin attdığı addımı yada salmaq istərdim. Son bir neçə ili Rusiyada siyasi sığınacaq almış, qaçaq ABŞ kəşfiyyatçısı Edvard Snouden öz ölkəsinin siyasətçi, hərbçi və səfirlərinin, prezident və onun komandasının gizlətdikləri məxfi məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırdıqdan sonra rəsmi Vaşinqton onu "dövlət xaini" adlandırdı və hətta onun ABŞ vətəndaşlığını belə ləğv etdi, lakin heç kəs bu addımları insan hüquqlarının, söz azadlığı və ya demokratiya prinsiplərinin pozulması adlandırmadı. Eləcə də bu sözləri hazırda ABŞ tərəfindən təqib olunan və Ekvadorun Londondakı səfirliyinin binasında dustaq olan, Vikiliks saytının yaradıcısı Culian Asanc haqqında da demək olar. ABŞ-ın əhalisinin iri bir hissəsi olan afroamerikanlara qarşı seqraqasiya siyasətinin nəticəsi olaraq, bu ölkədə baş alıb gedən qanunsuzluqlar, irqi ayrı-seçkilik belə şəxslərin "nədənsə gözündən yayınır".
Sonda Toğrul Məmmədli onu da əlavə edib ki, Kris Smitin qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşdükdən sonra Azərbaycan tərəfinə insaq hüquqları ilə bağlı dərs keçməsi əsl ermənipərəstlikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB