"Bu fikir Səxavət Soltanlının özünə aid deyil". SİA xəbər verir ki, bunu Müsavatın keçmiş Divan üzvü Tural Abbaslı Müsavat başqanının müavini Səxavət Soltanlının onu Müsavat tarixini bilməməkdə ittiham etməsinə münasibət bildirərkən deyib.
Tural Abbaslının sözlərin görə, onun ətrafında cəmləşib qrup olan insanların düşüncələri belədir: "Bu qrupda Gülağa da var, Elman da var. Onları birləşdirən ana xətt budur ki, qrup maraqları və siyasi məqsədlər naminə hər şeyi qəbul etmək. Buraya dözümsüzlük, partiyadaxili demokratik fikrin boğulması, rəqabətsizlik, tənqidi fikrə düşmən mövqe sərgiləmək kimi hallar daxildir. Belə insanların fikirləri mənə maraqlı deyil. Onların fikri ilə nə partiyaya gəlmişik, nə də hazırki mübarizə yolumuzu seçərkən fikirlərini öyrənmişik. Bizim öz nizamnaməmiz və proqramımız var. Mən nə qədər ki, həmin proqram və nizamnaməyə zidd addım atmamışam, onların fikirlərini subyektiv mövqe kimi dəyərləndirirəm. Bu insanlarda tənqidə dözümsüzlük var".
"Təbii ki, qurultaydan keçən 1 il 3 ayda partiyanı bərbad günə qoyduqlarını, işləyən strukturları işsiz vəziyyətə saldıqlarını, tanınmış onlarla üzvümüzün partiyadakı tənqidə dözümsüz mühitdən yorularaq Müsavatı tərk etməsini, bəzən də tənqid edənləri özlərinin uzaqlaşdırmaqlarını, anti-demokratik addımlar atdıqlarını qəbul etməyəcəklər. Zaman var, tarix var. Partiya 1 il 3 ay öncə necə idi və indi necədir. Baxanda hər şey aydın olur. Kim özünü aldatmaq istəyirsə, özü bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB