Prezidentlərin görüşəcəyi tarix məlum oldu

Prezidentlərin görüşəcəyi tarix məlum oldu

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, görüş dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutacaq.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən Ermənistan prezidenti Serj Sarqsyan dekabrın 18-də Bernə (İsveçrə) işgüzar səfərə gedəcək və dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə