ABŞ və Kuba arasında daha bir razılaşma

ABŞ və Kuba arasında daha bir razılaşma

ABŞ və Kuba hökumətləri hər iki ölkə arasındakı kommersiya məqsədli aviareyslərin bərpası barədə razılıq əldə ediblər. SİA xəbər verir ki, bu barədə "Associated Press" yazır. Hələlik bu kimi aviaresylərin nə zamandan başlayaraq həyata keçirilməsi zamanı tam olaraq dəqiqləşdirilməsə də hökumətlərdəki mənbələr anonim qalmaq şərti ilə xəbəri təsdiqləyiblər.

Hazırda ABŞ və Kuba vətəndaşları bu ölkələrə səyahətləri üçün çarter resylər sifariş etməlidirlər. Bu isə çətin prosesdir. Eyni zamanda, səyahət etmək istəyənlər sənədlərini turizm agentlikləri vasitəsilə bir neçə dəfə elektron poçt vasitəsilə göndərməli olurlar.

Qeyd edək ki, davamlı aviareyslər haqqında xəbər iki ölkə arasında ilkin razılaşmaların əldə edilməsinin bir illiyindən bir gün öncəyə təsadüf edir. Belə ki, bir il qabaq soyuq müharibə dövrünün iki düşmən ölkəsi artıq bu amili geridə qoymaq qərarı qəbul ediblər və 2014-cü ilin dekabrında Kuba və ABŞ arasında 50 il mövcud olmayan poçt xəbərləşməsinin bərpası barədə razılıq əldə olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə