Politoloq: “Boz zonaları” Rusiya nəzarətə götürmək istəyir" AÇIQLAMA
"Rusiyanın ATƏT-dəki nümayəndəsinin Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini destruktiv mövqe kimi dəyərləndirməsində əsas məqsəd Rusiyanın Türkiyə ilə olan siyasi və hərbi gərginliyinin təzahürüdür". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Türkiyə məhz bu münaqişəyə görə Ermənistanla sərhədləri açmır, Azərbaycanı yüksək beynəlxalq qurumlarda təmsil edir, münaqişə ilə bağlı bəyanatlar verir: "Təbii ki, bu da Rusiyanı qane etmir. Rusiya Ermənistan ərazisindəki 102 saylı bazaya canlı qüvvə və silah sursat gətirir, təbii ki bunun da Dağlıq Qarabağa daşınacağı şübhə doğurmur. Bundan başqa İran və Azərbaycan sərhəddində "boz zonaları" Rusiya nəzarətə götürmək istəyir və bu da faktiki olaraq rus qoşunlarının ərazimizə soxulması deməkdir. Təbii ki, bu da Türkiyəni və ümumiyyətlə NATO-nu qane edə bilməz. Rusiya belə bəyanatlar verməzdən əvvəl ATƏT-in Minsk qrupunda təmsil edildiyini və həmsədrlərdən birinin məhz Rusiyadan olduğunu unutmamalı, son iyirmi ildə deklorativ bəyanatlardan o yana keçilmədiyini yaddan çıxarmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB