"Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. O böyük və dahi şəxsiyyət cismani olaraq aramızda olmasa da, Azərbaycan dövləti, Azərbaycan xalqı yaşadıqca, var olduqca hər birimizin qəlbində yaşayacaq". Bu fikirləri SİA-ya münasibətində Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri, millət vəkili Şahin İsmayılov deyib.
Ümummilli Lider Heydər Əliyev haqqında məlumatlar oxuduqca, nitqlərini dinlədikcə hər bir insanın ondan yeni nələrsə kəşf etdiyini söyləyən Şahin İsmayılov deyib: "O, böyük və dünya səviyyəli siyasətçi idi. Onun həyat və yaradıcılığı o qədər zəngindir ki, hər anı böyük bir araşdırma tələb edir. Biz çox xoşbəxt xalqıq ki, bizim Heydər Əliyev kimi Ulu Öndərimiz var. Bu gün Azərbaycan uğurlar qazanırsa, sürətli inkişaf edirsə bütün bunların əsasında Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Ulu Öndər fenomenal şəxsiyyət idi".
Gənclər sahəsində də Ulu Öndərin böyük və əvəzsiz xidmətləri olduğunu qeyd edən millət vəkili bildirib: " İstər Sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda, istərsə də müstəqil Azərbaycan dövlətinin rəhbəri olduğu vaxtlarda gənclərə yüksək diqqət və qayğı göstərən Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ilk yaratdığı qurum Gənclər və İdman Nazirliyi olub. O, böyük şəxsiyyətin biz gənclərə xitabən söylədiyi "Siz Azərbaycanın gələcəyisiniz. Gələcək Azərbaycan sizlərin çiyinləri üzərində yaşayacaq" fikirlərini öndə tutaraq bundan sonra dövlətçiliyimizin qorunmasına, dövlətimizin daha da inkişafına töhfə verməkdə davam edəcəyik. Azərbaycan xalqı, xüsusən də gənclər Onun əziz xatirəsini daim qəlbində yaşatmalı, həyatını geniş təhlil etməli və özündən sonrakı nəsillərə aşılamalıdır. Ümummilli liderin siyasi yoluna sadiq qalmaq və bu yolun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmək hər bir azərbaycanlının mənəvi borcudur. Allahdan Ulu Öndərimizə rəhmət diləyir, böyük ruhu qarşısında baş əyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB