Musa Qasımlı: "Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər"

Musa Qasımlı: "Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər"

Milli Məclisin növbəti plenar iclası öz işini davam etdirir. SİA-nın məlumatına görə, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Musa Qasımlı bildirib ki, yeni qanun layihəsi dövlətimizin dünyəvi, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün əhəmiyyətlidir: "Biz bəzi "dindarlar"ın, "dini qruplar"ın və başqalarının dövlətin işinə qarışdığını müşahidə edirik. Vətəndaşları bu və ya digər dini cərəyana itaət etməyə çağırırlar, dini ektrezim məhsullarını yayırlar. Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər. Məscidlərin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Onlar dini ibadət yerləridir. Məscidlərdə aşura günləri orta əsrlər səviyyəsində keçirilməməlidir. Ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə