Pənah Hüseyin iranlılarla GÖRÜŞÜR?

Pənah Hüseyin iranlılarla GÖRÜŞÜR?

İranın rəsmi mövqeyi artıq mətbuatda dərc olunub. Amma buna baxmayaraq İran parlamentinin nümayəndəsi Nardaran əhalisini təxribata sürükləyir". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn ötən gün "iran.ru" saytında İran parlamentinin beynəlxalq əlaqələr və təhlükəsizlik komitəsinin sədr müavini Mənsur Həqiqətpurun Nardaran əhalisini itaətsizliyə çağırış etməsinə münasibətini bildirərkən deyib.

"Çağırışlar etmək heç bir halda doğru deyil"

Pənah Hüseyn bildirib ki, istər İran, istərsə də digər dövlətlər Azərbaycanın daxili məsələlərinə qarışa bilməz: "Kimsə çağırış xarakterli fikirlər səsləndirirsə bu beynəlxalq hüquqa da, qonşuluq münasibətlərinə də ziddir. Əlbəttə ki, bu, yolverilməz haldır. Bu, Azərbaycan vətəndaşları tərəfindən qəbul edilə bilməz. Dövlətlərarası münasibətlərdə yalnız beynəlxalq hüquq çərçivəsində insan hüquq və azadlıqları ilə əlaqədar ümumi məsələlərdə zaman-zaman hansısa dövlət rəsmiləri fikir bildiriblər. Amma çərçivədən kənar bu və ya digər formada hakimiyyətə qarşı çağırışlar etmək heç bir halda doğru deyil".

"Belə adamları ciddiyə almaq lazım deyil"

Partiya sədri İrandan olan ibir sıra nümayəndələrlə görüşdüyünü də istisna etməyib: "Mən İranın bəzi nümayəndələri ilə görüşürəm. Hətta orada da onlar bizi inandırmağa çalışırlar ki, İran bu məsələdə Azərbaycana qarşı deyil. Hər halda onlar Nardaran hadisələrində ehtiyatlı möğvqe tutmağa çalışırlar. Maksimum şəkildə adlarına xələl gətirməməyə can atırlar. Bu baxımdan, Həqiqətpurun hər hans çağırışını iki ölkə arasındakı münasibətlərə aid etmək olmaz. Ümumiyyətlə, belə adamları ciddiyə almaq lazım deyil".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə