PA rəsmisi: "Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar"

PA rəsmisi: "Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar"

"Bəşəriyyəti narahat edən iqlim dəyişməsi artıq çox ciddi problemə çevrilib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

PA rəsmisi bildirib ki, bu problemin yaranmasında inkişaf etmiş lider dövlətlərin məsuliyyəti böyükdür: "İqlim dəyişməsinə əsas səbəblərdən biri sənayedə bir sıra faktorların nəzərə alınmamasıdır. Lider dövlətlər bilə-bilə bunun qarşısını almaq üçün addımlar atmırlar. Güclü iqtisadiyyatı olan dövlətlər ekoloji vəziyyəti nəzərə almırlar. Bu problemin qarşısını almaq üçün lider dövlətlər iqtisadi maraqlarından keçmək istəmirlər".

Qeyd edək ki, bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçıları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə