Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində bu gün Azərbaycan Xarici İşlər Nazirliyində olub. SİA-nın məlumatına görə, səfər çərçivəsində Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Nazirlər həm təkbətək, həm də geniştərkibli görüş keçiriblər.
Hər iki nazir regional məsələlər, iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də xüsusi diqqət ayıran rəsmilər qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıblar.
Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB