Elşən Musayev: “Dövlətə və dövlətçiliyə xidmət haqqında düşünürəm” MÜNASİBƏT
"Parlamentdə təmsil olunmaq, millət vəkili statusunda çıxış etmək son dərəcə xoş, şərəfli və eyni zamanda məsuliyyət tələb edən bir işdir. O mənada ki, Qanunverici orqan kifayət qədər ciddi qurumdur, üstəlik burada təmsilçilik deyərkən söhbət yüz min, bəzənsə yüz əlli min insanın etimadını öz üzərində daşımaqdan gedir". Bu fikirləri SİA-ya millət vəkili, politoloq Elşən Musayev V çağırış Milli Məclisin ilk iclası ilə bağlı təəssüratlarını bölüşərkən qeyd edib.
"Hər bir millət vəkilinin üzərinə böyük bir vəzifə düşür",- deyə qeyd edən millət vəklili bidlirib ki, bu vəzifənin öhdəsindən 5 il müddətində şərəflə, ləyaqətlə gəlməyi bacarmaq lazımdır.
Elşən Musayev hazırda yalnız dövlətə və dövlətçiliyə xidmət haqqında düşündüyünü bildirərək vurğulayıb ki, nikbin əhval ruhiyyədədir: "Bu mənada heç bir yükdən və ağırlıqdan qorxmuram. Seçicilərim tərəfindən belə bir etimad göstərilibsə, demək mənim də boynumun borcudur ki, həmin etimadı doğruldum. Milli Məclisin ilk iclasında Cənab Prezident İlham Əliyevin çıxışı və tövsiyyələri də hesab edirəm bizim üçün istinad nöqtəsi olmalıdır. Çünki Ölkə Prezidentinin çıxışında bir çox qlobal, strateji və mənəvi məsələlərə toxunuldu. Eyni zamanda azərbaycançılıq, dövlətçilik anlayışlarının önəmi, həmin anlayışların bütün fəaliyyət sferalarında, hər kəs üçün prioritet təşkil etməsinin vacibliyi növbəti dəfə Ölkə rəhbəri tərəfindən bəyan edildi. Həqiqət və reallıq da budur. Yəni bizlər hər birimiz öz sahəmizdə, öz spektrımızda mükəmməl ola bilsək Azərbaycanın gələcək uğurlarına və tərəqqisinə xidmət edəcəyik. Azərbaycanda keçirilən bütün seçkilər kimi son Parlament seçkilərinin də kifayət qədər demokratik, azad və qanun çərçivəsində keçirildiyi qənaətindəyəm. Və bunu bir tək biz demirik, yerli və beynəlxalq müşahidəçilər də deyir. Milli Məclisdə keçirilən hər iclas, aparılan hər müzakirə, qəbul edilən hər qanun dövlətə və dövlətçiliyə xidmət edir. Ümid edirəm ki, bu anlamda, bu kontekstdə yeni millət vəkili olaraq mənim də bilik və bacarığımdan istifadə olunacaq. Eyni adlı strategiya uğrunda mən də öz istedadımı səfərbər edə biləcəyəm".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB