Razi Nurullayev: “Sözdə deyil, praktikada lider olmaq lazımdır”
AXCP-dən Pənah Hüseynə CAVAB

"Hər bir kəsin, o cümlədən də Pənah Hüseynin ümumilli müxalifət lideri olmağa haqqı var. Kaş ki o lider olub, xalqı arxasınca apara biləydi. Əfsus ki, biz bunu 20 ildən çox zamandır ki, müşahidə edə bilmirik". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ AXCP sədri Razi Nurullayev Pənah Hüseynin özünü ümummilli müxalifət lideri adlandırmasına münasibətini bildirərkən deyib.

Razi Nurullayev qeyd edib ki, praktikada lider olmaq lazımdır: "Bu gün bizim ən zəif cəhətimizdir ki, bəri başdan ümummilli olmaq istəyirik. Fikrimcə ümumilli olmağın iki yolu var: birincisi Azərbaycanda olan əksər siyasi qüvvələrin bir nəfəri qəbul etməsi və onu özünə lider seçərək təbliğatı ilə məşğul olması. İkincisi isə, xalqın dəstəyidir. Xalq tələb edir və bir nəfəri özünə lider seçir. Bunun sübutu isə ümumxalq məhəbbətidir. Bu məhəbbət isə özünü "facebook" paylaşımlarında, minlərlə insanın şərhində, bəyənmələrdə, bloggerin dəstək yazılarında, dəstək status ilə yetərli deyil. Müxalifətin lideri olmaq çox müşgül işdir, eyni zamanda məsuliyyətdir. Hər kəs adını əməli ilə qazanmalıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə