“ABŞ Rusiyanın imicinə xələl gətirməyə çalışır” Politoloq

"Hesab edirəm ki, Qərb mətbuatının Fransa hadisələrində Rusiyanı əlinin olmasını bildirməsi onların uydurmasından başqa bir şey deyil". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya bir tərəfdən İŞİD-ə qarşı mübarizə aparır, digər tərəfdən isə məlum olur ki, Parisdəki terroru törədən məhz İŞİD-dir: "Əvvəla Qərb bu məsələyə ikili standartla yanaşır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Antalyada keçirilən "G20" sammitinin görüşündə də Azərbaycanı uzun müddət terrordan əziyyət çəkən bir ölkə kimi təqdim etdi. Təbii ki, həqiqətdə də bu belədir. Müsəlman dünyasında terror baş verəndə Qərb susur, amma Qərbin özündə belə bir şey olanda onu o saat şişirdirlər. Bu mənada həmin hadisələri Rusiyaya bağlamağın heç bir əsası yoxdur. Çünki Rusiyanın özü də uzun müddət terrordan əziyyət çəkmiş bir dövlətdir. Heç şübhəsiz ki, burada maraqlı qüvvələr var və Rusiyanın imicini korlamağa çalışırlar. Təbii ki, bütün bunların başında ABŞ dayanır. Çünki hərbi mübarizəni artıq Rusiya uduzmaq üzrədir".

Bütün xəbərlər Facebook səhifəmizdə