Ekspert: “Miqrantların axını təhlükəsizlik üçün böyük təhdiddir" AÇIQLAMA
"Fransada baş vermiş terror hadisələri ilə bağlı qərar vermək və ya fərziyyə irəli sürmək çox çətindir. Çünki istintaqın ilkin nəticələri haqqında heç bir məlumat yoxdur. Baş verənlərə dünyada və Avropa regionunda baş verən hadisələr kontekstindən baxmaq lazımdır". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, hazırda dünyada təhlükəsizlik məsələsi gərgin etapını keçir: "Bu gün miqrantların axını təhlükəsizlik üçün böyük bir təhdiddir. Bu miqrantların arasında İŞİD və hətta digər terror təşkilatları üçün fəaliyyət göstərənlər də ola bilər. Təbii ki, bu da Fransanın paytaxtı Parisdə baş vermiş terror hadisəsinə gətirib çıxara bilər. Bundan əlavə İŞİD-in aktivləşməsi və onlarla mübarizə zəminində Avropada, NATO ölkələrində də bu cür hadisələrin baş verməsi mümkündür".
Qeyd edək ki, ötən gün Fransanın paytaxtında baş verən partlayışda 150 nəfər ölüb. Ölənlərin 100-ü "Bataklan" teatrında saxlanınan girovlar olub.
Xatırladaq ki, bu, Fransa tarixində baş verən ən irimiqyaslı terror aktıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB