Aytən Mustafayeva: “Terrora qarşı bütün dövlətlər birləşməlidir” AÇIQLAMA

"Hesab edirəm ki, terrorla mübarizəni çoxdan və daha ciddi şəkildə aparmaq lazım idi. Təəssüflər olsun ki, hansısa ölkə bu terrorun qurbanı olanda və buna fikir verməyəndə həmin terror artıq bir üsul kimi müharibə növünə çevrildi". Bunu SİA-ya İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayeva Fransada xeyli sayda insan ölümü ilə nəticələnən terror hadisəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransada baş verən bu terror hadisələrinin arxasında İŞİD də ola bilər: "Çünki bu gün İŞİD-in gücü o qədərdir ki, bunu qisas kimi də reallaşdıra bilər. Həmin hadisələr İŞİD-in adına yazılsın deyə başqa terror təşklilatları da öz məqsədlərinə çatmaq üçün həyata keçirə bilər. Bu gün təəssüflər olsun ki, terror təşkilatları dünyada çoxdur. Onlar sadəcə olaraq ayrı-ayrı məqsədlərə xidmət edirlər. Bildiyimiz kimi Fransada dəfələrlə XX əsrin 80-cı illərində erməni terror təşkilatları da müxtəlif terror aktları həyata keçirirlər. Bu gün dünyada miqrant məsələsinin ortaya çıxması, son dövrlərdə Fransanın silahlı münaqişələrdə (həm İŞİD-ə qarşı, həm də ərəb ölkələrində və s.) iştirakı bu kimi halları ortaya çıxara bilər. Bu gün terrora qarşı mübarizə üçün bir neçə güclü dövlətlər birləşməlidirlər. Beləcə onlar bu hadisələrə birgə əlac tapmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə