Umud Rəhimoğlu: “Humanist qanunlarımızdan sui-istifadə edirlər” AÇIQLAMA
"Azərbaycanda söz və mətbuat azadlığı var, hər kəs qanunvericiliyin tələblərinə uyğun olaraq sərbəst şəkildə fikirlərini ifadə edə bilirlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyib.
Umud Rəhimoğlu qeyd edib ki, Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun olduqca liberal qanundur və media mənsublarımız bundan rahat şəkildə yararlanırlar: "Amma bu o demək deyil ki, jurnalistlərimiz qeyri-peşəkar yazılar yazsınlar, sonradan da təkzib vermək məcburiyyətində qalsınlar. Bütün bu məsələlər peşəkarlıqla bağlıdır. Yəni özlüyündə jurnalistikanın nə olduğunu bilən, öz peşəsini sevə-sevə yiyələnmiş birisi heç zaman nə qanun pozuntusuna yol verir, nə də ki, etik prinsipləri pozur. Ümumiyyətlə, jurnalistikanın müəyyən qaydaları var ki, bu cür insanlar qaydalara doğru əməl etməklə həm öz nüfuzunu, həm də mətbuatımızın nüfuzunu qoruyub saxlayır. Təəsüflə qeyd edirəm ki, jurnalistikanın nüfuzunu aşağılayan bir sıra mətbu orqanlar da var. Bu da qanunlarımızın humanistliyindən irəli gəlir. Hər kəs istədiyi vaxt müraciət edib mətbu orqan qeydiyyatdan keçirə bilir. Hər zaman söyləmişəm ki, bu mətbu orqanlar qanunlar çərçivəsində fəaliyyət göstərməyə üstünlük versinlər. Bəlkə də bu məsələlərə biz peşəkarlığın artırılması ilə, maarifləndirici təlimlər aparmaqla, cəmiyyətimizi, insanları bu sahədə məlumatlandırmaqla müəyyən irəlilləyişə nail ola bilərik. Azərbaycan Mətbuat Şurasında bu cür məsələlər daim müzakirə edilərək qərarlar qəbul edilir. Əlbəttə bu gün baş verən olayların, qanun pozuntularının böyük əksəriyyəti qanunlarımızın nisbətən humanistliyindən irəli gəlir. Biz də tərəfdarıyıq ki, qanunlar sərtləşdirilməsin. Amma bundan sui-istifadə edənlər az deyildir. Bəziləri elə başa düşür ki, əlində qələm olması "babam mənə kor deyib, gələn gedənə vur deyib" səlahiyyətini verir. Bu əsla belə olmalı deyil. Jurnalistika cəmiyyətimizin inkişafına dəstək verən, insanları yaxınlaşdıran, alətə çevrilməyən bir peşədir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB