MSK-da müraciətlərə baxılıb YENİLƏNİR

MSK-da müraciətlərə baxılıb YENİLƏNİR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 20-22 oktyabr və 24 oktyabr 2015-ci il tarixli iclas protokolları səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.

Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklər haqqında məlumat verilib.

MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verilib. MSK-nın üzvləri Qabil Orucov, Validə Kazımova şikayətlər barədə fkirlərini bildiriblər.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə