Sülh mükafatının iki namizədindən biri Mehriban Əliyeva

Sülh mükafatının iki namizədindən biri Mehriban Əliyeva

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İsveç Sülh Agentliyinin mükafatına iki namizəddən biri seçilib. SİA-nın məlumatına görə, digər namizəd amerikalı yazar və aktivist Elis Volkerdir (Alice Walker).

Məlumatda qeyd olunur ki, M. Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti, Azərbaycan qadınının dünya səviyyəsində müsbət obrazının formalaşmasında əvəzsiz rolu, İslam dünyası, Yaxın Şərq və Qafqazda qadın haqları məsələsinə diqqətlə yanaşması, həmçinin müasir Azərbaycan qadın hərəkatının lideri kimi qadınların həyat şəraitinin tərəqqisi naminə geniş fəaliyyəti onun bu mükafata namizəd göstərilməsində əsas rol oynayıb.

İsveç Sülh Agentliyi Mehriban Əliyevanın fəaliyyətini dəstəkləyib və yüksək qiymətləndirərək, onu mükafat üçün iki namizəddən biri kimi seçib.

Qalibin adı bu ilin noyabrında İsveçin paytaxtı Stokholmda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə