XİN: “Seçkilərlə bağlı çoxsaylı müraciətlər qəbul olunub”

XİN: “Seçkilərlə bağlı çoxsaylı müraciətlər qəbul olunub”

"Noyabrın 1-i 2015-ci ildə ölkəmizdə keçiriləcək parlament seçkilərinə beynəlxalq kütləvi infromasiya vasitələri tərəfindən böyük diqqət var. Xarici KİV nümayəndələri tərəfindən akkreditasiya üçün Azərbaycan XİN-ə müraciət olunub". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikasında KİV haqqında qanun var və bu qanun əsasında hazırlanmış qaydalara müvafiq olaraq xarici KİV nümayəndələrinin akkreditasiyası Azərbaycan XİN tərəfindən həyata keçirilir: "Parlament seçkilərini işıqlandırmaq niyyətində olan xarici KİV nümayəndələri rəsmi akkreditasiya üçün Azərbaycan XİN-ə müraciət etməlidirlər. Müsbət haldır ki, beynəlxalq KİV-lər tərəfindən də seçkilərə böyük diqqət var. Azərbaycan XİN tərəfindən bu istiqamətdə çoxsaylı müraciətlər qəbul olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə