Elçin Əhmədov: “Sarkisyanın bəyanatları qeyri-ixtiyaridir” AÇIQLAMA
"Ümumiyyətlə Azərbaycan dövləti öz mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan keçən dövr ərzində təcavüzkar Ermənistan həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasəti həyata keçirir". Bunu SİA-ya Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elçin Əhmədov deyib.
Politoloqun sözlərinə görə, dünya birliyinin ikili standartlar siyasətindən çıxış etməsi, BMT, ATƏT kimi təşkilatların öz təklif, qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesinə maneə törədir: "Ermənistana hər hansı bir sanksiyanın tətbiq edilməməsi də rəsmi İrəvanı şirnikləndirir. Bundan istifadə edən işğalçı ölkə və kriminal rejimin rəhbərliyi hər zaman Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasını Azərbaycana qəbul etdirməyə çalışır.
Bununla yanaşı Sarkisyanın "Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etmək olar" bəyanatı DQ-nın müstəqilliyi ilə təzad təşkil edir. Bu o deməkdir ki, mövcud qədər status-kvonu qoruyub saxlamaq, özünün cinayət əməllərini ört-basdır etmək, danışıqlardan imitasiya xatirinə istifadə etməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Sarkisyanın vaxtaşırı verdiyi bu bəyanatlar qeyri-ixtiyari bəyanatlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB