Razi Nurullayev: “Əli Kərimli xalqın dəstəyini qazana bilməyib” AÇIQLAMA
"Ümumiyyətlə hesab edirəm ki, Əli Kərimli leqitimliyini çoxdan itirib". Bunu SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev AXCP-nin ötən gün keçirilən qurultayına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, burada əsas məsələ qurultaya toplaşan və Ə.Kərimlinin ətrafında olan siyasətçilərin onu dəstəkləməsi deyil: "Ümumiyyətlə dəstək xalqdan olmalıdır. Bu şəxs isə xalqın dəstəyini qazana bilməyib. Artıq bu proses 25 ilə yaxındır ki, davam edir. Bu baxımdan düşünürəm ki, xalqın leqitimliyini itirən siyasətçi siyasətdən kənara çəkilsə, daha məqbuldur. Xalq artıq leqitimliyi Əli Kərimlinin əlindən alıb. Ötən gün keçirilən qurultayda da tanınan simalar orada təmsil olunmadı. Onlar heç ora qonaq kimi də dəvət olunmamışdılar. Biz gördük ki, Əli Kərimli Azərbaycanın ictimai-siyasi həyatında da təklənib. Bu insanlar hər zaman uğursuz siyasət aparıb. Onun təklənməsi prosesi hələ də davam edəcək. Partiyada günü-gündən də böhran dərinləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB