"Beynəlxalq təşkilatlar beynəlxalq hüquqa hörmətsiz yanaşır" AÇIQLAMA
"Beynəlxalq təşkilatlar öz təməl sənədlərinə, beynəlxalq hüquqa hörmətsiz yanaşırlar". Bu sözləri SİA-ya millət vəkili Asim Mollazadə Nyu-Yorkda baş tutmuş görüşlə ilə bağlı açıqlama verərkən deyib.
Millət vəkili bildirib ki, bu görüşün Ermənistanın yürütdüyü siyasətdə bir dəyişiklik edəcəyinə inanmır: "Ermənistan öz hiyləgər və təzavüzkar siyasətinə son qoymq istəmir. Biz bunu Ermənistanın xarici siyasətində də görürük. Çünki Ermənistan tərəfi sülh istiqamətində hər hansı bir addım atmayıb. Əslində onlar yenə də beynəlxalq ictimaiyyəti aldatmaq istəyir və Azərbaycanın işğal olunmuş ərazilərində öz siyasətlərini yürütməyə davam edirlər. Sülhə aparan yol mütləq Azərbaycanın işğal olunmuş torpaqlarının azadlığından keçir. Ermənistan isə bu istiqamətdə heç bir iş görmür".
Onun sözlərinə görə bu Nyu Yorkdakı bu iclas protokol üçün həyata keçirilmiş növbəti görüşdür: "Təəssüf ki, beynəlxalq təşkilatlar öz təməl sənədlərinə, beynəlxalq hüquqa hörmətsiz yanaşırlar və təcavüzkarlara qarşı müvafiq qərarlar qəbul etmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB