Millət vəkili: “Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmalıyıq” AÇIQLAMA

Millət vəkili: “Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmalıyıq” AÇIQLAMA

"BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirdiyi fikirlər ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsidir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, burada əsas məqsəd ölkəmizdə insan hüquqlarının olmaması məsələsini qabardaraq, Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinə xələl gətirməkdir: "Təbii ki, bunun arxasında çox ciddi təşkilatlanmış erməni diasporası dayanır. Hesab edirəm ki, Azərbaycan imicini beynəlxalq sahədə daha da gücləndirməlidir. Biz Azərbaycanla bağlı bütün həqiqətləri dünyaya çatdırmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə