PA rəsmisi: "SSRİ dağıldıqdan sonra əsas məsuliyyəti Qərb daşıyır"

PA rəsmisi: "SSRİ dağıldıqdan sonra əsas məsuliyyəti Qərb daşıyır"

"Varşava Müqaviləsi Təşkilatı və SSRİ dağıldıqdan sonra beynəlxalq aləmdə gedən proseslərdə əsas məsuliyyəti Qərb daşıyır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

"Qərbin - Avropanın rəhbərləri atdıqları addımların, həyata keçirdikləri siyasətin hansı nəticələri olacağını ətraflı düşünməlidirlər. Çox təəssüf ki, hələlik belə deyil" - deyə, PA rəsmisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə