ATƏT Azərbaycana 380 müşahidəçi göndərəcək

ATƏT Azərbaycana 380 müşahidəçi göndərəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərinə 380 müşahidəçi göndərəcək. SİA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, ATƏT-in DTİHB-i seçkilərə öz müşahidəçi missiyasını Azərbaycan tərəfinin rəsmi dəvəti əsasında göndərəcək.

Missiyanın tərkibinə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi daxil olacağı gözlənilir.

Xatırladaq ki, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə