"Ermənistanın Ağdərədə Hərbi Akademiya tikmək istəyi, düşmən ölkənin özünə güvənmədiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, Ermənistanın işğal olunmuş ərazilərdə olması və ya hər hansı bir iş görməsi qeyri-qanuni və heç bir beynəlxalq hüquq normalarına müvafiq olmayan bir prosesdir: "Ermənistan işğal edilmiş əraziləri viran qoyub. Buna görə də onlar gec-tez təzminat ödəyəcəklər. Həmin bölgələrdə struktur yoluna qoyulmalı, bərpa edilməli və vətəndaşları üçün lazım olan şərait yaradılmalıdır. Bununla bağlı beynəlxalq qurumlar da məsələni qiymətləndirəcək".
Ekspert bildirib ki, Ermənistanın belə informasiyalar yaymaqda əsas səbəbi baş ağrısı yaratmaqdan başqa heç nə deyil: "Azərbaycan sadəcə ərazilərinin işğaldan azad olunması istəyir. Biz Ermənistanın apardığı bu təxribata və bu kimi məsələlərə diqqət yetirməməliyik. Onların danışdıqlarının hamısı uydurma və həqiqətlə heç bir əlaqəsi olmayan blefdir. Onlar sadəcə Azərbaycan xalqının əsəblərini tarıma çəkməyə çalışırlar. Həm Xocalı aeroportu, həm də Ermənistanın Ağdərədə tikməyə çalışdığı hərbi obyektlər Azərbaycan ərazisindədir. Azərbaycan gec-tez bu torpaqları yenidən alacaq. Bu addım Ermənistanın özünə güvənsizliyindən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB