İctimai Televizyanın yubiley tədbiri keçirilib FOTOLAR-ƏLAVƏ OLUNUR
Bu gün İctimai Televiziya və Radio Şurasının fəaliyyətə başlamasının on illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə dövlət rəsmiləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, qeyri-hökümət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən İctimai Televizyanın baş direktoru Cəmil Quliyev televizyanın keçdiyi şanlı yola nəzər salaraq bütün kollektivi səmimi qəlbdən təbrik edib. Cəmil Quliyev qeyd edib kİ, hazırda respublikada mövcud olan televiziya kanalları içərisində öz dəsti xətti ilə seçilən İTV bundan sonra da öz amalına sadiq qalacaq: "Bizim əsas məqsədimiz cəmiyyətə dolğun informasiya çatdırmaq və intellektual verlişlərlə efiri zənginləşdirməkdir". Baş direktor həmçinin bütün tədbir iştirakçılarına dəvəti qəbul edib gəldiklərinə görə minnətdarlığını ifadə edib.
Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edərək efir məkanında söz sahibinə çevrilən İctimai Televizyanı və onun kollektivini təbrik edib.O, qeyd edib ki, əsas məqsədi azərbaycançılıq, milli-mənəvi dəyərlərin təbliği, konstruktiv dialoq və professionallıq olan İTV sadalanan ideyalar əsasında bir sıra verlişlər hazırlayaraq cəmiyyətimizə təqdim edir: "İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer verilir. İTV-də sözün əsil mənasında peşəkarlıq əsas götürülür ki, bunun da öhdəsindən İTV kollektivi layiqincə gələ bilir. Televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Ümüdvaram ki, bundan sonra da İTV öz ənənəsinə sadiq qalaraq biz tamaşaçılara doğru, dəqiq, maraqlı verlişlər təqdim edəcək".
Sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının (KİVDF) sədri Vüqar Səfərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək İTV-ni təbrik ediblər. Bildirilib ki, əsas məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaq olan İTV bütün bu missiyaların öhdəsindən tam peşəkarlıqla gələ bilib: "Bu gün 10 yaşlı İTV daha neçə belə yubiley tədbirlərini keçirəcək. Bu kollektiv, bu televizya haqqında nə qədər xoş fikirlər söylənsə də az olar"
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB