Razi Nurullayev: "AXCP-ni Əli Kərimlidən almaq istəyirik"

Razi Nurullayev: "AXCP-ni Əli Kərimlidən almaq istəyirik"

"Biz AXCP-ni Əli Kərimlinin rəhbərliyindən xilas etmək istəyirik". Bu sözləri SƏS TV-yə müsahibəsində AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib. O, son zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasında baş verən mübahisəli məsələlər haqda danışıb.

O bildirib ki, partiyanın hazırkı məqsədi AXCP-ni Əli Kərimlinin rəhbərliyindən xilas etməyə xidmət edir: "Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının adına heç bir hərf və ya söz əlavə etməyəcəyik. Biz sadəcə Azərbaycan Xalq Cəbhəsi Partiyasını Əli Kərimlinin rəhbərliyindən xilas etmək istəyirik. Partiyanın adında heç bir dəyişiklik etməyəcəyik. Azərbaycan Xalq Cəbhəsi Partiyası bir olaraq qalacaq. Biz hazırda mənəvi olaraq fəaliyyət göstəririk. Hüquqi müstəvi isə Əli Kərimliyə məxsusdur. Bu hüquqi müstəvini onun əlindən almaq üçün çalışırıq. Bununla bağlı çox ciddi planlarımız və işlərimiz var. Tərəfdaşlarımız da bizimlə birlikdə buna nail olmağa can atır".

Bütün xəbərlər Facebook səhifəmizdə