"Ermənistan xalqının yalnız iki yolu qalıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Elman Nəsirli son zamanlar Ermənistanda baş alıb gedən etiraz aksiyaları barədə danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanda enerji qiymətlərinin 17 dram artması cəmiyyətdə çox böyük etiraza səbəb olub: "Haqlı olaraq Rusiya və Ermənistan ekspertləri qeyd edir ki, oxşar hadisə başqa ölkələrdə baş versəydi insanlar heç də bu cür reaksiya verməyəcəkdi. Yəni bu onu göstərir ki, Ermənistanda əhalinin sosial vəziyyəti o qədər çətindir ki, hətta 17 faiz qiymət artımına belə cəmiyyəti ayağa qalxmağa vadar edib. Bu da onu göstərir ki, Ermənistanın sosial və iqtisadi vəziyyəti həddən artıq ağırdır. İlk növbədə daha çox gəncləri əhatə edən bu qiyam hərəkatı daha da gücləndi və artıq hakim rejim daha qəddar metodlara üz tutur. Xüsusilə də mətbuat işçilərinə və nümayişçilərə qəddarca davrandılar.
Beynəlxalq aləmdə bu rejimə qarşı gözlənilən reaksiya gəlmədi. Azərbaycanda baş verən hər məişət zəminli hadisə beynəlxalq aləmə siyasi zəmində baş vermiş kimi təqdim olunur. Amma Ermənistanda baş vermiş hadisələr haqda tamamilə fərqli bir mənzərə yaradılır. Ermənistanda söz azadlığının, insan hüquqlarının və demokratiyanın kobud şəkildə pozulması beynəlxalq aləmdə lazımınca dəyərləndirilmir. Bunu ikili standartların təzahürü kimi də qələmə vermək olar".
Ekspert etiraz aksiyalarının dövlət üçün hansı nəticələr verəcəyi biləcəyi haqda da danışıb: "Hazırda Ermənistandakı iqtisadi-sosial vəziyyətə qarşı aparılan etiraz aksiyaları daha çox siyasi şüarlar altında aparılır. O cümlədən erməni gəncləri bildirirlər ki, onlar artıq Sarkisyan rejiminin əsarəti altında qalmaq istəmirlər. Artıq bu rejimdən beziblər. Onlar hər halda bu rejimin dairəsi altında qalmaq istəmirlər. Ən çox səslənən şüarlar da Sarkisyanın istefası ilə bağlıdır.
İndiki halda xalq iki əsas yolu qalıb. Ya hakimiyyəti ələ almaq, ya da çamadanı ələ almaq. Ya indiki hakimiyyət devriləcək, ya da insanlar ölkəni tərk edəcək. Hazırda 2-ci variant yəni ölkəni tərk etmək daha çox gündəmdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB