Yeni seçki məntəqələri yaradılacaq TƏDBİR-FOTOLAR

Yeni seçki məntəqələri yaradılacaq TƏDBİR-FOTOLAR

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, MSK-nın sədr müavini Natiq Məmmədov, MSK-nın katibi Mikayıl Rəhimov, Arifə Muxtarova, Şaitdin Əliyev iştirak ediblər. Əvvəlcə 15, 25, 27 may tarixli iclaslarının protokolu təsdiq edilib.

Çıxış edən MSK-nın sədri Məzahir Pənahov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkilinə dair tədbirlər keçirəcək: "Azərbaycan Prezidentinin təsdiq etdiyi Milli Fəaliyyət Proqramına əsasən, bununla bağlı əhatəli proqramlar hazırlanır. Tədbirlərdə müxtəlif dövlət qurumlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Avqustun 25-26 da keçiriləcək tədbirlər əvvəlki illərdən fərqli olaraq daha geniş müstəvidə olacaq. Bununla əlaqədar MSK üzvləri yerlərə ezam olunacaq.
Daha sonra MSK sədrinin müavini Natiq Məmmədov "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məruzə ilə çıxış edib.
Daha sonra iclasda MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsi işinin təşkilinə dair məlumat verib. N.Məmmədov bu sahədə bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib.

MSK katibi Mikayıl Rəhimov isə bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması ilə bağlı məlumat verərək, dairə seçki komissiyalarında yeni məntəqələrin yaradılmasını tövsiyə edib.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə