Aqil Abbas: “Leyla Yunus cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayır" MÜNASİBƏT
"Beynəlxalq təşkilatlar istənilən adamdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Leyla Yunus da belə insanlardan biridir". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Aqil Abbas deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən xırda məsələni belə siyasiləşdirməyə çalışan bəzi beynəlxalq təşkilatlar yaxşı olardı ki, öz ölkələrindəki proseslərə də nəzər yetirsinlər: "Leyla Yunus ömür boyu xarici dairələrə işləyib. Hazırda da öz anti-milli, cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayır. Əgər bu ölkənin vətəndaşısansa, burada fəaliyyət göstərirsənsə, o zaman buranın qanunlarına tabe olmalısan. Aldığı rüşvət müqabilində kimlərinsə sifarişini yerinə yetirmək bu qadının qanına işliyib. Ermənilərə xidmət edən birinin Azərbaycan adından, demokratik mühitdən, insan haqlarından danışmağa haqqı yoxdur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB