“Ermənilər münaqişə faktından istifadə edirlər” AÇIQLAMA

“Ermənilər münaqişə faktından istifadə edirlər” AÇIQLAMA
"Belə halların baş vermə səbəbi sərhəd keçid zonalarını mühafizə edən şəxslərin diqqətsizliyi və vətəndaşların miqrasiya qanunlarını pozmasından irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında siyasətçi Zəlimxan Məmmədli son zamanlar Gürcüstanda ermənilərlə sərhəddə yaşayan azərbaycanlıların girov götürülməsi faktı ilə bağlı danışarkən deyib.

Belə halların zaman-zaman baş verdiyini deyən siyasətçinin sözlərinə görə, bu cür hallar miqrasiya qanunları pozulduğu zaman baş verir: "İki dövlət arasında sərhəd keçid məntəqələri və miqrasiyanı tənzimləyən qanunlar mövcuddur. Bu cür hallar miqrasiya qanunları pozulduğu zaman baş verir. Bəzən qadağan olunmuş və ya keçməyə icazə verilməyən ərazilərə daxil olmaqla baş verir. Bu cür hadisələr adətən ovalıq ərazilərdə baş verir. Həmin zonadakı heyvandarlıqla məşğul olan əhali arasında girov götürülmə halları ola bilir. Təbii ki, belə halların baş verməsi təəssüfedici bir haldır. Amma hər halda sərhəd keçid qaydalarına riayət edən şəxslər üçün belə problemlər meydana çıxmır. Təbii ki, belə vəziyyətlərdə vətəndaşlara qanunları izah etmək dövlətin borcudur. Digər tərəfdən vətəndaşlar özləri də qanunlara riayət etməlidirlər.Biz hazırda Ermənistanla münaqişə vəziyyətindəyik. Yəni burada münaqişə amili də böyük rol oynayır. Ermənilər münaqişə faktından bilərəkdən istifadə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə