Toyuq əti və yumurtası "haram" elan edildi

Toyuq əti və yumurtası "haram" elan edildi

"İslam Dövləti"ndən daha bir inanılmaz qanun qəbul edilib. SİA İraq mətbuatına istinadən verdiyi xəbərə görə, qaniçən terrorçuların "xəlifəsi" Əbu Bəkr əl Bağdadi toyuq ətinin haram olduğunu "fətva" verib. Onun bu "fətvası" isə belə əlaqələndirib ki, guya toyuq yem olmadıqda öz nəcisi ilə qidalandığına görə, onun əti və yumurtası "haramdır".

Qeyd edək ki, "İslam Dövləti"nin "xəlifəsi" digər bir neçə qida məhsulunu və meyvələrin "haram" olduğunu tətva verib. Məsələn, terrorçuların nəzarətində olan bölgələrdə kofe və kakaodan istifadə etmək, turşu yemək, sirkə istifadəsi, tünd çay içmək, üzüm, nar, tut meyvələrini yemək, onların təbii şirələrini içmək qadağan olunub.

Ötən ay isə Ramazan bayramı münasibətilə bayram namazının qılınması "Allaha şirk qoşmaq" kimi "fətva" verilib və bayram namazı qılanlara qarşı ölüm hökmü çıxarılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə