PA rəsmisi: "Beynəlxalq QHT-lər sahiblərinin sifarişini yerinə yetirirlər"
"Bu gün beynəlxalq münasibətlərdə beynəlxalq hüquq anlayışına bəyanatlarda, müəyyən sənədlərdə rast gəlmək olur". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq missiyasını yerinə yetirən aktorlardan biri də QHT-lərdir: "Ona görə də onları beynəlxalq QHT-lər adlandırırlar. Beynəlxalq QHT-lər isə yalnız sahiblərinin sifarişini yerinə yetirirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB