Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Avropa Oyunlarının başlanması ərəfəsində sürücülərə müraciət edərək paytaxt ərazisində "Avtomobilsiz 20 gün" kampaniyası elan edib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından paytaxtın sürücü və avtomobil sahiblərini 20 gün şəxsi avtomobillərin istifadəsindən imtina etməyə çağırıb. Həmçinin Vaqif Əsədov Nəqliyyat Nazirliyinə insanların rahat şəkildə öz ünvanlarına çatmasını təmin etməsi məqsədilə bir sıra təkliflər edib. Təklifdə Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin sayının artırılması nəzərdə tutulur.
V. Əsədov sürücülərdən Avropa Oyunlarının keçirildiyi ərəfədə həm özlərinin, həm də ətrafdakıların rahatlığı üçün şəxsi avtomobillərdən istifadə etməmələrini, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB