Hikmət Babaoğlu: “Şultsun təxribatı özünə qarşı çevriləcək”

Hikmət Babaoğlu: “Şultsun təxribatı özünə qarşı çevriləcək”

"Avropa Parlamentinin idman üzərindən manipuliyasiya etməsi və idman hadisəsini siyasiləşdirməsi Avroparlamentin nizamnaməsinə də, siyasi etikaya da ziddir". Bu fikirləri SİA-ya politoloq, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Avropa Parlamentinin sədri Martın Şults iyunun 10-da "İdman və insan hüquqları" mövzusunda dinləmələr təşkil etməsinə münasibətini açıqlayarkən deyib.

Politoloq qeyd edib ki, bu tamamilə M.Şultsun islamafob mövqeyi ile bağlıdır: "Çox təssüf ki, bu şəxs Avroparlamenti öz şəxsi məqsədləri üçün vasitəyə çevirməklə belə bir ümumiavropa qurumunu gözdən salır. Avropa Parlamentində Azərbaycanın kifayət qədər dostları var və onlar başa düşürlər ki nəticə etibarı ilə Azərbaycanda keçirilən oyunlar Avropa oyunlarıdır və buna dəstək vermək lazımdır. Ona görə də düşünürəm ki, Şultsun təxribatı özünə qarşı çevriləcək və arzu etdiyi nəticəni verməyəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə