I Avropa Oyunları Gənclərimizin gözü ilə SORĞU

I Avropa Oyunları Gənclərimizin gözü ilə SORĞU

Çox sevindirici tarixi gün ərəfsindəyik. İlk Avropa Oyunlarının başlanmasına sayalı günlər qalıb. Kütləviliyi ilə seçilən istər idman, istərsə də mədəniyyət tədbirləri ölkələrin dünya ictimaiyyətinə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, həm idman, həm də mədəniyyət hər bir xalqın dünyada tanınması üçün "vizit kart" hesab edilir. Bu günə qədər idmançılarımız ölkəmizin bayrağını yüksəltməklə, himnimizi səsələndirməklə Azərbaycanı dünyaya bir idman ölkəsi kimi tanıda biliblər. Bəs gəlin görək gənclərimiz I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirlər və oyunların təbliği üçün hansı işlər görürlər.

"Azərişıq" ASC-nin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, "Gənc Liderlər Heydər Əliyev yolunda" qrupunun rəhbəri Nicat Müslümov: "İlk Avropa Oyunlarına hazırlıq prosesinə gənclər də öz qatqılarını verirlər. Gənclər sosial şəbəkələrdə aktiv şəkildə "Bakı 2015"in təbliğatını aparırlar. Bütün cəmiyyətlərdə olduğu kimi, ölkəmizin də ictimai-siyasi həyatında mühüm demoqrafik sinif olan gənclər hazırda onlara göstərilən qayğı və diqqətdən kənar qalmır, bundan mümkün qədər istifadə edərək, şansları dəyərləndirə bilirlər. Bu, əlbəttə, bizdə sevinc doğurur. Çünki biz də bu prosesin içindəyik. Başqa sözlə desək, Azərbaycan gəncləri artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, demokratikləşmə və demokratik prinsiplərin mənimsənilməsi və inkişafı prosesində yaxından iştirak edirik. Bütün dövlətlərdə ayrı-ayrı düşünən şəxslər və gənclər var. Təbii ki, bu, normaldır. Lakin öz dövlətinə və vətəninə müxalif olmaq olmaz. Yəni, bu artıq sağlam düşüncə tərzinin göstəricisi deyil. Cəmiyyət özü özünü qoruyaraq, müalicə edərək bu cür xəstəliklərdən daim azad olunur. Digər bir tərəfdən isə hər hansısa bir fərd səhvdən sığortalanmayıb. Fərd səhv edə bilər. Sadəcə olaraq səhvi dərk etmək və düzgün yola gəlmək, "mən nə etmək istəyirəm" sualını verərək özünü cəmiyyətdə tapmaq üçün bir az həyata real baxmaq, təhlili düzgün etmək, azərbaycançılıq ideyasını bilmək lazımdır.

Azərbaycanın uğurlarına təbii ki, sevinməyən qüvvələr var. Bunlar bilməlidir ki, gənclərimiz Azərbaycanı sevir və onun uğurlarına sevinir. Bunu istəməyən qüvvələr anlamalıdır ki, onlar cüzi sayda gəncləri öz çirkin əməllərinə cəlb etsələr belə, heç nəyə nail ola bilməyəcəklər. Ona görə ki, onlar hər zaman düşünən beyin və Vətənə sevgi ilə qarşılaşacaqlar. Qeyd edim ki, mənim "Facebook"da yaratdığım Gənc Liderlər Heydər Əliyev yolunda qrupuna qısa zamanda 7000-dən çox insan üzv olub. Qrup üzvlərinin sayı gündən-günə artır. Qrup, adından bəlli olduğu kimi, Azərbaycanın bütün maraqlarına xidmət edir. Hər zaman gənclərlə maarifləndirmə işləri aparır. Dövlət heç bir vətəndaşının inciməsini, yaxud narahat vəziyyətdə yaşamasını istəmir, onun təəssübünü çəkir. Hansı sahəyə baxsanız, orada inkişafı görəcəksiniz. Kim bunu görmürsə, bu, onun qərəzi, ədalətsiz mövqeyidir.

Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi gəncləri çox sevindirir. Bizim gənclərlə tez-tez görüşlərimiz olur. Gənclərimiz hər zaman ölkəmizin maraqlarına xidmət edirlər. Hər bir sektorda gənclər var. Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı ilə yanaşır. Biz də "Azərişıq" ASC YAP GB olaraq hər zaman ölkəmizdə ictimai-siyasi işlərdə aktiv oluruq. Bu yay ilk Avropa Oyunlarına biz də öz dəstəyimizi veririk: istər sosial şəbəkələrdə, istərsə də tədbir və görüşlərdə təbliğat aparırıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri ilk Avropa Oyunlarına dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm idman yarışına töhfə vermək, ona mane olmağa çalışanlara qarşı öz iradəmizi ortaya qoymaqdır. 100 nəfərə yaxın könüllü gənclərimiz var. 6,7-i gəncimiz koordinator vəzifəsində tam qrupu 24 saat ərzində nəzarət edirlər. Paytaxtdan və bölgələrdən olan gənclər, eləcə də xaricdə təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər. Onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da dostluq qrupunun izləyiciləri sırasındadırlar.

Müxtəlif dillərdə statuslar yazaraq, ilk Avropa Oyunlarını, Azərbaycanı təbliğ edirik. Qrupun daxilində tez- tez görüşlər edir, konfranslar keçiririk. Demək olar ki, hər gəncin fikrini öyrənirik. Gənclərimiz çox aktivdirlər, dayanmadan 24 saat qrupda "Bakı 2015"-lə bağlı paylaşımlar olur. Mən deyərdim ki, gənclərimizin bu cür aktiv olması onu göstərir ki, biz ilk Avropa Oyunlarına tam hazırıq. Hesab edirəm ki, biz gənclər Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik".

"Gənc Liderlər Heydər Əliyev yolunda" qrupunun koordinatoru Röya Hüseynova: "I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi Azərbaycanın bütün ölkələrdə tanınması və inkişaf etməsi deməkdir. Xarici vətəndaşların Azərbaycanı daha yaxından tanıması və ölkəmizə maraq göstərməsi deməkdir. Mən bir gənc olaraq çox sevinirəm ki, Avropa Oyunları Azərbaycanda keçirilir. Bu, bizim Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən irəli gəlir. Biz gənc olaraq hər zaman öz Prezidentimizin siyasətini dəstəkləməliyik. Biz hər zaman bir olsaq Vətənimiz, öz milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz hər zaman öndə durar və digər ölkələrdə daha yaxşı tanınar".

"Gənc Liderlər Heydər Əliyev yolunda" qrupunun koordinatoru Arzu Bayramova: "Düşünürəm ki, ölkəmizdə baş tutacaq I Avropa Oyunları Azərbaycanın əhəmiyyətini, nüfuzunu dünyaya daha da güclü şəkildə tanıdacaq. Bütün Avropa yenidən Azərbaycanın gücündən, uğurlu siyasətindən danışacaq. Ölkəmizdə iki il ərzində Avropa Oyunları üçün gedən hazırlıqlar məni bir gənc kimi daha da qürurlandırır. Çox təəssüf ki, Avropa Oyunları ərəfəsində anti-azərbaycançıların ölkəmizə qarşı "qara-piar"kampaniyası da var. Biz gənclər çalışmalıyıq ki, bu təbliğatın qarşısını alaq. İstər sosial şəbəkədə, istərsə də real həyatda davamlı iş üçün əlimizdən gələni etməliyik. Çünki biz gənclər dünyanın ən güclü, istedadlı gənciyik. Mənim Avropa Oyunlarına verdiyim töhfə bundan ibarətdir ki, mən hər zaman xarici vətəndaşlara Azərbaycanın tarixini, mədəniyyətini danışıram. Bacardığım qədər ölkəmin maraqlarını, ölkəmizi tanımayan insanlara başa salıram. Düşünürəm ki, bunu etmək çox asanddır və hər kəs öz üzərinə düşən işi etsə, həqiqətən də Avropa necə bir azərbaycanlı ilə qarşılaşdığından qürur duyacaq. Bizə də məncə, bu yaraşar. Çünki biz bütün bunları Ulu Öndərimizdən öyrənmişik".

"Gənc Liderlər Heydər Əliyev yolunda" qrupunun koordinatoru Könül Dadaşova: "Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin necə inkişaf etdiyini və Azərbaycan xalqının necə qonaqpərvər olmasını dünyaya tanıdacaq. Çox sağ olsun Prezidentimiz ki, belə gözəl şərait yaradıb. Necəki Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi yüksək səviyyədə baş tutdu və Azərbaycan bütün dünyaya səs saldı, əminəm ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də bütün dünyaya səs salacaq və ölkəmizi dünyaya tanıdacaq. Biz gənclər üçün çox sevindirici haldır ki, Avropa Oyunları Azərbaycanda keçirilir. Sosial şəbəkədə yaradılan bir çox səhifələrdə Avropa Oyunlarına aid paylaşımlar edilir və Avropada yaşayan gəncləri, xarici vətəndaşları öz qrupumuza üzv edirik"

"Gənc Liderlər Heydər Əliyev yolunda" qrupunun koordinatoru Sevinc Musazadə: "Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi bir uğur olacaq. Təbii ki, bu uğurlara sevinməyən bir neçə insanlar oldu, "qara-piar" edənlər, yalan xəbərlərlə Azərbaycanı ifşa etmək istəyənlər oldu. Amma bu bizi üzməz, əksinə içimizdəki dostu-düşməni tanımağa imkan yaratdı. İlk Avropa Oyunlarında könüllü ola bilməsəm də əlimdən gəldiyi qədər oyunlara böyük dəstək oluram. Bir neçə layihələr, tədbirlər keçirdik və hər birində çalışdıq ki, Azərbaycanın güclü bir dövlət olduğunu, güclü ordusunun olduğunu göstərək. Önəmli olan bu möhtəşəm uğura imza atmaqdır. Əsas olan bizim üçün keyfiyyətdir. Nə qədər ki, Vətənini, dövlətini, milli-mənəvi dəyərlərini bilən Azərbaycan gəncləri var, biz bundan da böyük uğurlara imza atacayıq".

"Gənc Liderlər Heydər Əliyev yolunda" qrupunun koordinatoru Elburus Hacıyev: "Birinci Avropa Oyunları hər bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirir. Bu oyunların ölkəmizdə keçirilməsi çox sevindirici və qürur verən bir haldır. Azərbaycan bu oyunları ölkəmizdə keçirməklə həm öz adını tarixə yazacaq, həm də öz qüdrətini dünyaya nümayiş etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə