Niyaməddin Orduxanlı: "Belə bəyanat insanı dəhşətə gətirir" AÇIQLAMA

Niyaməddin Orduxanlı: "Belə bəyanat insanı dəhşətə gətirir" AÇIQLAMA

"Müsavat Partiyası bəyanat verərək Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını baykota çağırıb". Müsavat partiyasının bu bəyanatına kəskin etirazını bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı SİA-ya bildirib ki, bu cür bəyanatı vermək ağılsızlıqdan başa bir şey deyil: "Bu cür bəyanatı oxumaq insanı dəhşətə gətirir. Görünür, son vaxtlar Müsavat partiyasında baş verən istefalardan İsa Qəmbər isterik vəziyyətə düşüb. Hər gün partiyasından baş verən qopmaları hər kəs görür. Bir də onu yadına salıram ki, etdiyin çağırış hakmiyyətlə mübarizə deyil. Avropa Oyunları imkan verəcək ki, müstəqil Azərbaycan dövlətini milyonlarla insanlara göstərək. Azərbaycan gerçəkliyini olduğu kimi Avropa və başqa qitələrə çatdıraq. İstəmirsən bunu? Bunu istəməyənlər Azərbaycan dövlətinə düşmən olanlar, hər gün də bunun üçün çalışanlar, təxribat törədənlərdir. Xüsüsən də erməni diasporası və onlara yaxın olan qüvvələr. İndi sən kimsən? Kimə xidmət etmək istəyirsən? Bəzi Qərb dairələrinin 5-ci kalonu olmaq istəyirsən? Onlar da sənin kimi bu yönümdə çox fəaldır. Sən də qoşulmusan onlara. İndi İsa Qəmbər, sənə nə deyək?! Ermənilərin arzusunu ifadə edən? Başqa bir fikir gəlmir ağlıma. Ayıbdır. Özü də, çox ayıb. Onsuzda 22 ildir ki, bu hakimiyyətə məğlub olursan. Xatırladıram ki, bu iqtidar-müxalifət mübarizəsi deyil. Müstəqil Azərbaycanın milli maraqlarına xidmət edəcək bir hadisədir. Sonra da deyirlər ki, "bizi ermənilərdən pul almaqda günahlandırırlar". Düz deyirlər də! Erməni olmayın! Bu bir tarixdir. İyun ayını 12-nə 8 gün qalıb. Həmin gündən sonra bir söz tapıb danışa biləcəksiniz?".

Bütün xəbərlər Facebook səhifəmizdə