Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycanın Milli bayramı-28 May Respublika Günü təntənəli şəkildə qeyd edilib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbir Əddis-Əbəbədə yerləşən "Şeraton" mehmanxanasında keçirilib. Tədbirdə Efiopiyanın Baş nazirin müşaviri cənab Dr.Fasil Nahome, XİN-in yüksək rütbəli rəsmiləri, Efiopiyada akkreditə olunmuş 100 yaxın diplomatik münayəndəliklərin başçıları və diplomatları, ölkənin aparıcı media nümayəndələri, Azərbaycan Universitetlərindən məzun olmuş 40 yaxın efiopiya vətəndaşı, Mədəniyyət sahəsinin nümayəndələri və başqaları iştirak etdilər. Tədbirdə "Baku2015 İlk Avropa Oyunları"na aid foto sərgi təşkil olunub. Qonaqlar tərəfindən sərgiyə böyük maraq göstərildi. Tədbirin əvvəlində Azərbaycan haqqında təqdimat videosu qonaqlara nümayiş etdirilib.
Tədbirdə qonaqları salamlayan Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Azərbaycan Demokratik Respublikası haqqında qısa məlumat verərək, müasir Azərbaycanın inkişafı və bu inkişafın əsasını Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Səfir E.Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirdiyini bildirib. O, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Azərbaycanda 12-28 iyun tarixində İlk Avropa oyunlarının keçiriləcəyini vurğulayıb və Avropa oyunları barədə məlumat verdi. Səfirin çıxışından sonra "Baku2015" haqqında videorolik qonaqlara təqdim edilib.
Efiopiyanın Milli Teatrının rəqs qrupu Azərbaycanın milli rəqsləri olan "Uzundərə", "Naz eləmə", və "Yallı" rəqslərini Azərbaycanın milli geyimlərində ifa edib. Qonaqlar bu rəqsləri böyük coşğu ilə izlədilər. Daha sonra Efiopiya xalq rəqsləri və musiqiləri Efiopiyanın Milli Teatrının qrupu tərəfindən ifa edilib.




.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB