Elçin Mirzəbəyli: “Həyatının bütün səhifələri xəyanətlə dolu olan Əli Kərimli...” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Həyatının bütün səhifələri xəyanətlə dolu olan Əli Kərimli...” MÜNASİBƏT

"AXCP üçün bu yeni bir hadisə deyil. Sosial şəbəkələrdə açılmış saxta profillər, bir-birlərinin profillərini sındırmaq üsulu və sair". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərinin bir-birlərinin ünvanlarına söylədikləri təhqiramiz fikirlər və sosial şəbəklərdə profillərinin sındırılması iddialarına münasibətini açıqlayarkən deyib

BAXCP rəsmisi qeyd edib ki, burada normal düçüncə sahibi, ağlı başında olan, Azərbaycanın milli maraqlarına sayğı ilə yanaşan bir insandan söhbət gedərdisə, o zaman buna qeyri-adi yanaşılardı: "Amma burada söhbət Əli Kərimli və onun komandasından gedir. Hər şey açıq-aydın ortadadır. Həyatının bütün səhifələri xəyanətlə, yalanla, böhtanla dolu olan Əli Kərimli faktoru bütün mənaları ilə bunu cavablandırır. Bu adamdan hər şey gözləmək olar. Onun əlində konkret bir faktı tutsan belə, onu inkar edəcək. Təpədən dırnağa yalana alışmış birinin rəhbəri olduğu AXCP-də iki-üç nəfər qalıb. Əli Kərimli hətta öz yaxın silahdaşına belə yuxarıdan aşağı baxaraq, əzməyə, aşalamaya çalışır. Bu da ondan irəli gəlir ki, orada diktatura rejimi höküm sürür. Eyni ssenari, eyni düşüncə".

Cəmil Həsənlinin Milli Şuranın sədrliyindən çıxarılması ehtimalına da münasibət bildirən sədr müavini qeyd edib ki, Cəmil Həsənlinin Milli Şuranın sədri olub olmamağının heç bir əhəmiyyəti yoxdur: "O sadəcə görüntü xarakterli bir fiqurdur. Əli Kərimli onu rədd etsə belə ona heç bir aidiyyatı olmayacaq. Bir dəfə Cəmil Həsənli ağır ittihamlarla Əli Kərimliyə qarşı çıxmışdı. Məhz Əli Kərimlinin parlament seçkilərinə qatıldığını eşidən Həsənli partiyadan istefa vermişdi. Onların yenidən bir araya gəlməsi prinsipcə mənəviyyatsızlığın nümunəsidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə