"Azərbaycana həm dağ yəhudiləri, həm də aşkinas yəhudiləri Avropada nasizm tüğyan edən zaman gəliblər. Onlar burada sülh şəraitində yaşayıblar". SİA-nın xəbərinə görə,bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" panelində çıxışı zamanı Etnik Araşdırma Fondunun rəhbəri Ravvin Mark Şnayer deyib.
O bildirib ki, Azərbaycan həm ərəb dövlətləri, həm müsəlman ölkələri, həm də İsraillə yaxşı münasibət saxlayır: "Bu baxımdan Forumda mədəniyyəti təhlükəsizlik naminə paylaşaq devizi böyük əhəmiyyət daşıyır. Son 10 ildə yəhudilərlə müsəlmanlar arasında münasiibətlər müəyyən dərəcədə inkişaf edib, sıx əməkdaşlıq qurulub. Həm Amerikada, həm də Avropada sıx əməkdaşlıq qurmuşuq. Mədəniyyətləri ortaq təhlükəsizlik üçün paylaşmaq vacibdir, müsəlmanlarla yəhudilər bu sahədə ciddi töhfələr verə bilərlər. Bunun həyata keçirilməsinin sadə yolları var. Bəzən görürük ki, antisemitizm dalğasına qarşı müsəlman təşkilatların, islamafobiyaya qarşı yəhudi təşkuilatlarının çıxış etdiyini görürük. Bərabərlik bütün dinlər üçün təmin edilməlidir. Əhalisi əsasən müsəlman olan Azərbaycan kimi ölkələrin nümunələrindən yararlanmalıyıq. Ravvin Mark Şnayer müsəlman liderlərin müsəlman aləminin maraqlarını müdafiə etməyə çalışdıqlarını vurğulayıb. Zorakılıq aktları törədiləndə də müsəlman liderlər bunu pisləyirlər. Tutaq ki, Avstraliyada müsəlman fanatikləri tərəfindən törədilən hadisə pislənir. Müxtəlif ölkələrdə sinaqoqlara hücumlar ona görə olur ki, səylərimiz birgə həyata keçirilmir. Müsəlman ölkələrin liderlərinin dəstəyi bu kimi halların azalmasında mühüm rol oyanayır".
Paneldə çıxış edən Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Ba deyib ki, təhsil çox vacibdir: "Biz hansı şəkildə fəal, məsuliyyətli olmalıyıq ki, cəmiyyətin layiqli üzvlərini formalaşdıraq və cəmiyyət zorakılıqla üzləşməsin? Biz bu prosesdə iştirak edən azsaylı təşkilatlardan biriyik. Bu gün tolerantlığın, qarşılıqlı hörmətin təşviqinə ehtiyac duyulur. Biz ümumi hüdudlardan kənara çıxmalıyıq. Bu baxımdan inanıram ki, təhsil siyasəti sülh və qarşılıqlı anlaşmada mühüm rol oynayır. 2008-ci ildə Avropa Şurasının 47 ölkəsi Təhsil Xartiyasını qəbul edib, bu Xartiya Avropanın bütün ölkələrində paylanıb. Demokratik vətəndaşlıq, tolerantlıq və qarşılıqlı hörmət məsələlərini tədris proqramlarına salmışıq".
Jan-Kristof Ba qeyd edib ki, mədəni konsepsiya çərçivəsində Avropa Şurası tərəfdaşlarla birgə işləməyə hazırdır: "Mürəkkəb dünya şəraitində hansı işlərin aparılması barədə düşünməliyik. Uşaqlarla sosial mediada işləmək qaydalarını aşılamalıyıq. Biz Bakıda olarkən bildirmək istəyirik ki, Avropa Şurası xarici işlər nazirləri Brüsseldə görüşüblər və ekstremizmə qarşı mübarizə aparmaq üçün qərar qəbul ediblər. Gənclərin daha fəal təhsil almasını zəruri sayırıq. Bununla bağlı Avropa Şurasında bizim departament xüsusi hesabat hazırlayacaq və müxtəlif ölkələrdə demokratik durumun necə olması həmin hesabatda əksini tapacaq. Həmin hesabatda müxtəlif cəmiyyətlərdə demokratiyanın inkişafı barədə məlumat veriləcək".
Jan-Kristof Ba deyib ki, təhsil çox vacibdir: "Biz hansı şəkildə fəal, məsuliyyətli olmalıyıq ki, cəmiyyətin layiqli üzvlərini formalaşdıraq və cəmiyyət zorakılıqla üzləşməsin? Biz bu prosesdə iştirak edən azsaylı təşkilatlardan biriyik. Bu gün tolerantlığın, qarşılıqlı hörmətin təşviqinə ehtiyac duyulur. Biz ümumi hüdudlardan kənara çıxmalıyıq. Bu baxımdan inanıram ki, təhsil siyasəti sülh və qarşılıqlı anlaşmada mühüm rol oynayır. 2008-ci ildə Avropa Şurasının 47 ölkəsi Təhsil Xartiyasını qəbul edib, bu Xartiya Avropanın bütün ölkələrində paylanıb. Demokratik vətəndaşlıq, tolerantlıq və qarşılıqlı hörmət məsələlərini tədris proqramlarına salmışıq".
Jan-Kristof Ba qeyd edib ki, mədəni konsepsiya çərçivəsində Avropa Şurası tərəfdaşlarla birgə işləməyə hazırdır: "Mürəkkəb dünya şəraitində hansı işlərin aparılması barədə düşünməliyik. Uşaqlarla sosial mediada işləmək qaydalarını aşılamalıyıq. Biz Bakıda olarkən bildirmək istəyirik ki, Avropa Şurası xarici işlər nazirləri Brüsseldə görüşüblər və ekstremizmə qarşı mübarizə aparmaq üçün qərar qəbul ediblər. Gənclərin daha fəal təhsil almasını zəruri sayırıq. Bununla bağlı Avropa Şurasında bizim departament xüsusi hesabat hazırlayacaq və müxtəlif ölkələrdə demokratik durumun necə olması həmin hesabatda əksini tapacaq. Həmin hesabatda müxtəlif cəmiyyətlərdə demokratiyanın inkişafı barədə məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB