Şöbə rəisi: “Rəhbərlər standartlara cavab vermir” AÇIQLAMA

Şöbə rəisi: “Rəhbərlər standartlara cavab vermir” AÇIQLAMA

"Vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanmasının bir hissəsi də çağırışa qədərki hazırlıq fənnidir. Çağırışa qədərki hazırlıq fənni şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır". Bunu SİA-ya açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) şöbə rəisi, polkovnik-leytenant Azər Babayev deyib.

Polkovnik-leytenantın sözlərinə görə, bu fənnin tədrisində şagirdlər müdafiə sahəsində ilkin biliklərə yiyələnir və onlarda hərbi istiqamətdə inkişafa təkan verilir: "SHXÇDX-nın prioritet fəaliyyət istiqamətlərindən biri də çağırışa qədərki hazırlıq fənninin tədrisinin təkmilləşdirilməsidir. Bununla əlaqədar nəinki xidmətin aparatında, eləcə də xidmətin yerli idarə, şöbə bölmələrində də mütəmadi olaraq iş aparılır. Çağırışa qədərki yaş həddində olan vətəndaşların bir neçə hərbi hissələrə aparılmasına, onlara vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsinə böyük yer ayrılır. SHXÇDX ilə Təhsil Nazirliyi arasında qarşılıqlı Fəaliyyət planı hazırlanıb. Həmin Fəaliyyət planında bütün maddi-texniki bazanın təkmilləşdirilməsi, çağırışa qədərki hazırlıq fənninin tədrisində hazırlıq rəhbərləri mühüm rola amlikdir. Hazırda çağırışa qədərki hazırlıq rəhbərlərinin əksəriyyətinin tələb olunan standartlara cavab vermədiyi məlumdur. Ona görə də Təhsil Nazirliyi ilə birlikdə Fəaliyyət planında çağırışa qədərki hazırlıq fənni rəhbərlərinin attestasiyası da nəzərdə tutulur. Əlbəttə bu, bir neçə mərhələdə keçiriləcək".

A.Bayramov əlavə edib ki, artıq Bakı şəhəri və Abşeron rayonunda ilkin monitorinqlər keçirilib: "Bu monitorinqlər yaxın zamanlarda Respublikanın digər rayonlarını da əhatə edəcək. Maddi-texniki bazanın təkmilləşdirilməsi tədrisin keyfiyyətli təşkilində mühüm rol oynayır. Təhsil Nazirliyi artıq bir neçə məktəbdə pilot layihə kimi bunu həyata keçirib. Fəaliyyət planına əsasən İşçi qrupu yaradılıb. Gələcəkdə bu İşçi qrupunun qarşısında mühüm vəzifələr dayanır. Bu, xidmətin və hətta xidmət rəisinin birbaşa nəzarətində olan bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə