Hafiz Hacıyev: “Əli Kərimli yalnız ölümün üstündən keçib…”

Hafiz Hacıyev: “Əli Kərimli yalnız ölümün üstündən keçib…”

Bu gün Azərbaycanı satan qüvvələrlə müdafiə edən qüvvələr arasında mübarizə gedir". Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, satqın müxalifət xaricdən böyük tapşırıqlar alıb: "Bu pozucu qüvvələr I Avropa Oyunları öncəsi müxtəlif tədbirlərlə göstərməyə çalışırlar ki, guya Azərbaycanda sabitlik yoxdur, insan hüquqları, söz və mətbuat azadlığı pozulur. Elə bunun üçün mitinqlər keçirirlər. Xarici qüvvələrin tapşırıqları ilə həyata keçirilən belə addımlar millətə, dövlətə xəyanətdir".

H. Hacıyev bildirib ki, bu qüvvələrə Azərbaycanda keçirilən mitinqlərin sayının artırılması üçün tapşırıq verilib: "Hesab edirəm ki, şəxsiyyətini itirmiş bu insanlara şərait yaradılmamalıdır ki, onlar Azərbaycanda vəziyyəti son həddə çatdırsınlar. Bu mitinqlərə dırnaq arası baxmamalıyıq. Bunun üçün bizə də mitinq üçün icazə verilməlidir. Təəssüf ki, "sehirli çubuq" Azərbaycandakı bu cür inkişafın qarşısını almaq üçün çox böyük can fəşanlıq edir. Biz buna qarşı mübarizə aparmalıyıq. Azərbaycanda ermənilərin poliqonunu açmaq istəyən qüvvələrə qarşı mübarizə aparmışıq, bundan sonrada aparacağıq. Əli Kərimli isə yalnız ölümün üstündən keçib hakimiyyətə gələ bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə