"Azərbaycanın əldə etdiyi hər bir uğurun kökündə dahi Heydər Əliyev ideologiyasının məntiqi dayanır". SİA-nın məlumatına görə, bu fikir Ukraynadakı Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Vinnitsa vilayət təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirdə vurğulanıb.
Azərbaycan və Ukraynanın dövlət himninin sədaları altında başlanan tədbirə Ukraynanın xalq artisti Qurban Abbasovun ifa etdiyi Azərbaycan mahnısı ilə start verilib. Ukraynanın Kiyev, Dnepropetrovsk, Xerson, Nikolayev, Xarkov və digər şəhərlərindən 200-dən çox ukraynalı və azərbaycanlı gəncin iştirak etdiyi tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının sədri Adil Məmmədov çıxış edib. O, Ümummilli Lider tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə, Cənubi Qafqazda isə lider dövlətə çevrilməsindən qürur duyduqlarını vurğulayıb.
İyun ayının 12-də tarixi vətənimizdə İlk Avropa Oyunlarının keçirilməsinin tarixi hadisə olduğunu diqqətə çatdıran təşkilat rəhbəri, Azərbaycanın əldə etdiyi hər bir uğurun kökündə dahi Heydər Əliyev ideologiyasının durduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə 1-ci katibi Asim Osmanov çıxış edərək, Azərbaycanda gənclər hərəkatının inkişaf etdirilməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib. Bu baxımdan Ukraynada vətənimiz naminə səmərəli fəaliyyət göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinə səfir Eynulla Mədətlinin ünvanladığı minnətdarlıq məktubunu oxunub.
Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, xüsusəndə gənclərimiz müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideologiyasını davam etdirməyi özlərinin həyat kredosu hesab etməlidir. Tədbirdə çıxışına bu sözlərlə giriş verən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən qlobal sosial iqtisadi islahatlardan danışıb. Bu baxımdan I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini ölkəmizə və dövlətimizə göstərilən xüsusi diqqətin məntiqi kimi səciyyələndirib. Bu mühüm hadisə münasibəti ilə tədbirə qatılanları təbrik edib.
Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov, UAGB-nin bir sıravilayət təşkilatlarının nümayəndələri çıxıç edərək, tarixi vətənimizin inkişaf edərək qüdrətli dövlətə çevrilməsindən qürur duyduqlarını bildiriblər. Avropa oyunlarına xüsusi nümayəndə heyəti ilə qatılacaq Ukrayna idmançılarına uğurlar arzulayıblar. Vinnitsa vilayətində azərbaycanın milli-mənəvi dəyərlərini layiqincə təmsil edən azərbaycanlı gənclərə minnətdalıqlarını bildirən Vinnitsa şəhər meriyasının nümayəndələri, qurucusu və baş memarı Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin dünyanın möhtəşəm idman mərkəzlərindən birinə çevrilməsinin fərəhləndirici hal olduğunu vurğulayıblar. Sonra Vinnitsa Vilayətinin bir sıra mahvı və rəqs ansambllarının ifasında geniş konsert proqramı nümayiş etdirilib. Həzin musiqi sədaları altında keçirilən tədbirdə şən və hazırcavablar klubunun göstərdiyi maraqlı nömrələr iştirakçılara xoş və mənalı anlar yaşatdırıb.













































Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB