Novella Cəfəroğlu: “Müraciətimizin müsbət cavablandırılacağına inanırıq”
28 mayda əfv gözlənilir

"Biz bir sıra məhbusların əfv olunması üçün cənab Prezidentə işçi qrupu adından müraciətimizi etmişik". Bu fikirləri SİA-ya Dilarə Əliyeva adına qadın hüquqlarının müdafiəsi təşkilatının sədri, İşçi qrupunun üzvü Novella Cəfəroğlu may ayının 28-də - Respublika günü münasibətilə bir qrup məhbusun azad olunması ilə bağlı gözlənilən qərara münasibətini bildirərkən deyib.

Hüquq müdafiəçisi bununla bağlı qeyd edib ki, İşçi qrupuna aid olmayan bəzi hüquq müdafiə təşkilatlarının qabaqcadan hər hansı bir nəticəyə gəlmələrinə ehtiyac yoxdur: "Biz etdiyimiz müraciətə müsbət cavab veriləcəyinə daha çox inanır, bunu gözləyirik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə