Hərbçilərimiz Almaniya və Türkiyəyə gedəcəklər

Hərbçilərimiz Almaniya və Türkiyəyə gedəcəklər

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri mayın 11-dən 13-dək Almaniyanın Munster şəhərində artilleriya qoşunlarının təlimində müşahidəçi qismində iştirak edəcəklər. SİA-nın xəbərinə görə, ordumuzun təmsilçiləri həmçinin mayın 11-dən 15-dək Türkiyənin Ankara şəhərində terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursuna da qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə