"Vurğun Əyyubun Müsavat Partiyasından xaric olunması, Adil Qeybullanın bununla bağlı istefa verməsi partiyadaxilində nizamnamə pozuculuğunun baş alıb getməsindən irəli gəlir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.
BAXCP rəsmisinin sözlərinə görə, Vurğun Əyyub, Adil Qeybulla Müsavatın demokratik qanadını, partiyanın yaşamasını təşkil edirdilər: "Amma artıq hər birimiz də şahidik ki, partiya daxilində böyük çəkişmələr var və oradan istefa verənlərin də sayı durmadan artır. Müsavat rəhbərliyinin son qurultayda dəyişməsi bir daha sübut etdi ki, orada heç əvvəldən sağlam mühit formalaşmayıb və demokratik qaydada tənzimlənməyib. Hətta hər birimiz də televiziya vasitəsilə şahid olduq ki, 4-5 nəfər pəncərənin önündə məsləhətləşərək səsvermə keçirirdilər. Demokratiyanın da ilk pozuntusu, məhz orada baş verdi. Hələ bu proses davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB