Əli Əhmədov STP-nin nümayəndə heyəti ilə görüşüb

Əli Əhmədov STP-nin nümayəndə heyəti ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov Serbiyanın Tərəqqipərvər Partiyasının (STP) nümayəndə heyəti ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə STP-nin beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz naziri, STP-nin nümayəndə heyətinin rəhbəri xanım Yadraka Yoksimoviç, nümayəndə heyətinin üzvləri təmsil olunur. Tədbirdə həmçinin YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin üzvü Sevinc Fətəliyeva, media nümayəndələri iştirak edib.

Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın gələcək prespektivləri müzakirə olunub.

YAP-ın Sədr müavini bildirib ki, bu səfərlər iki partiya arasındakı münasibətlərin etibarlı özülünü yaradacaq. Vurğulanıb ki, Azərbaycan və Serbiya arasında münasibətlər yüksələn xəttlə inkişaf edir.

Xanım Yadraka Yoksimoviç də münasibətlərin inkişafından məmnunluq ifadə edib.

Daha sonra görüş medianın itirakı olmadan davam edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə