Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turniri keçirir. SİA-nın məlumatına görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır. Turnir "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçirilir. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edr. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Qeyd edək ki, 2014-cü ildə keçirilmiş ilk turnirin qalibi Trend Beynəlxalq İnformasiya Agentliyinin komandası olub. Qeyd edək ki, yarışa Səs İnformasiya Agentliyinin (SİA) komandası da qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB