"Azərbaycan ordusunun hərbçilərinin Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunan paradda iştirakı məntiqi və qanunauyğundur". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib.
E. Həsənli müharibədə azərbaycanlıların iştirakından da danışıb: "Faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu var. 600 mindən artıq həmvətənimiz ön cəbhəyə yollanıb. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub. 170 mindən çox döyüşçü orden və medallarla təltif edilib. 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Eyni zamanda qələbənin əldə olunmasında Bakı nefti də mühüm rol oynayıb. Müharibə zamanı azərbaycanlıların şücaəti, qəhrəmanlığı dəfələrlə sübut olunub".
Hərbi ekspert qeyd edib ki, faşizm bu gün də davam edir: "Faşizmin daha ağır formasını Ermənistan davam etdirir. Biz də torpaqlarımızı işğaldan azad edərək babalarımızın qələbə ənənəsini davam etdirəcəyik. İnanıram ki, belə paradlar işğaldan azad edəcəyimiz torpaqlarda keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB